Ölkə futbolu
Regekampf: "Bugünkü döyüşkənliyi "Rapid"lə oyunda da görəcəksiniz"
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"ə (Limmasol, Kipr) 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.
- Əvvəlcə futbolçularımı təbrik etmək istəyirəm. Rəqibin futbolçularına da təbrik düşür. Hər iki komanda mükəmməl oyun nümayiş etdirdi. Bu oyunda üç qol vuraraq qalib gəlib növbəti mərhələyə adladıq. Bizim üçün bu gecə boyu sevinc dolu hisslər olacaq. Bunu qeyd edəcəyik. Sabahdan etibarən işə başlayacağıq. Növbəti mərhələdə bizi "Rapid" kimi çətin rəqib gözləyir. Futbolda hər şey mümkündür. Oyunçularımla danışdım, onları təbrik etdim. Qələbəni qeyd edəcəyik. Amma sabahdan işimizə başlamalıyıq. Fanatlarımız mükəmməl idi. Bütün oyunçularımızın arxasında dayanmışdılar. Mənim üçün meydandakı 12-ci oyunçu kimi idilər. Onlara təşəkkür edirəm.
- Növbəti oyunda da eyni müdafiə xəttinə güvənəcəksiniz?
- Nəticəyə görə sevinirəm. Oyundan da razı qaldım. Bütün oyunçular mükəmməl oyun nümayiş etdirdi. Sabahdan növbəti matçın hazırlıqlarına başlayacağıq. Növbəti oyuna hansı futbolçularla başlayacağımı deməyəcəyəm. Futbolçular hər məşqdə maksimumu verməlidir.
- Mamadu Mbodjin sağ cinah müdafiəçisi mövqeyində çıxış etməsi sırf "Aris"lə oyuna hesablanmışdı?
- Larnakadakı oyundan sonra demişdim ki, həmin görüşə tam hazır deyildik. Doğrudur, Mamadu Mbodj üçün yeni mövqedir. Amma o, çox güclüdür, döyüşkəndir, qaça bilir. Bəzi detallar var ki, həmin cinahda öyrənməlidir. Bu gün Mbodj mükəmməl oynadı.
- "Rapid"lə oyunlarda da "Neftçi"nin bugünkü kimi döyüşəcəyini deyə bilərsiniz?
- Fərqli oyun, fərqli rəqiblərdir. Söz verə bilərəm ki, bugünkü oyundakı döyüşkənliyi "Rapid"lə oyunda da görəcəksiniz. Sabahdan rəqibi analiz edəcəyəm, komandanı hazırlayacağam.
- İstədiyiniz “Neftçi”ni, komanda ruhunu meydanda gördünüz?
- Yalnız bugünkü oyun haqda danışa bilərəm. Hələ üzərimizdə çox işləməliyik. Amma bugünkü çıxışdan razı qaldım. Futbolçuların üzərində böyük təzyiq var idi. Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəllərində heç də yaxşı oynamamışdıq. Bilirəm ki, futbolçularım bundan da yaxşısını bacararlar. Ola bilsin ki, ilk görüşdən sonra çox adam buna inanmırdı. Larnakadakı məğlubiyyətdən sonra paltardəyişmə otağında oyunçulara dedim ki, özünüzə inanın, qələbə qazanaraq mərhələ adlamaq şansımız böyükdür. Bütün futbolçularım bugünkü matça köklənmişdilər. Bu amillər də mənə növbəti oyunlar üçün daha da ümid verir.
- Mbodjun mükəmməl oynadığını dediniz. Bu gün qələbəni qeyd etdikdən sonra onunla səhvləri barədə danışacaqsınız? Üstəlik, komandanız bu gün meydanda çox ağır idi...
- Mən sizin kimi düşünmürəm. Sizin fikrinizə hörmətlə yanaşıram. Təbii ki, oyunumuzu təhlil edəcəyəm. Sadəcə, komandamı sizin kimi görmədim. Komandada uzun boylu futbolçular var. Ola bilsin ki, buna görə ağır görünürdülər. Sürət elə bir şeydir ki, onu sonradan əldə etmək olmur.
- Rəqibiniz "Rapid" olacaq. İndiki heyət onları keçməyə imkan verəcək? Transfer çalışamaları davam edir?
- Kifayət qədər oyunçumuz var. Mən "Rapid"i analiz etməyə hələ konsentrasiya olmamışam. Bütün konsentrasiyam bugünkü oyuna yönəlmişdi. Amma onları edəcəyəm. Növbəti oyundan qabaq konfransda bu barədə sizə bir söz deyə bilərəm.
- Bir həftədə nə dəyişdi ki, bu gün qalib gəldiniz?
- İlk oyundan sonra demişdim ki, təsadüfə olan oyun idi. Toplanışlarda futbolçularımı fərqli görmüşdüm. İlk oyundan sizin kimi narazı idim. Çox səhv etdik. Komandam oyuna köklənməmişdi. Hər oyundakı səhvləri oyunçularımla söhbət edəndə onlara göstərirəm. Onlar da bundan nəticə çıxarıb, fərqli davranırlar. Komanda, ailə qurmağa çalışırıq. Düşünürəm ki, bu gün axşam göstərdiyimiz xarakter, ruhla şanslarımız var.
- Tərcüməçiniz Vüqar Əliyevlə bağlı yaranmış qalmaqal barədə nə deyə bilərsiniz?
- Çox emosional oyun idi. Sonluq olduqca aqressiv keçdi. Hamı gözləyirdi ki, oyun bitsin, növbəti mərhələyə adlayaq. Bu cür hallar baş verməməlidir. Qələbə qazanmışıq, növbəti mərhələyə vəsiqə qazanmışıq. Rəqibə hörmətlə yanaşmalıyıq. Vüqar da cavandır, öyrənməlidir. Əminəm ki, bundan sonra belə hallar baş verməyəcək.
- Emin Mahmudovun öz mövqeyində olmaması haqda fikriniz necədi?
- Emin sistemimiz üçün çox vacib oyunçudur. Biz onu sırf "10" nömrə kimi oynatmalı deyilik. Mənim üçün sərbəst oyunçudur. Hansı ki, hücumçu arxasında da oynaya bilər. Elə bir oyunçudur ki, hər oyun 13 km məsafə qət edir. Bir az da daha da çox qol epizodlarında yerində olsa, onu "10" nömrə kimi görə bilərik. Amma hazırda mükəmməldir, çox yaxşı oynayır. Fikrimcə, orta sahədə hansı mövqedə istəsən, rahatlıqla oynaya bilər. Sezar Meza Kolli zədələnib. Onun üçün həmin mövqeədə oyunçu seçimi etməliyik.
- Azər Əliyev hansı planda uduzur ki, əsas heyətdə şans əldə etmir?
- Onun oynamağa vaxtı olacaq. Bütün futbolçulara şans veriləcək. Növbəti həftələrdə çox oyunlarımız var. Hazır olmalıdırlar, məşq etməlidirlər. Oyunçulara şans verəndə hamısı da eyni səviyyədə olmalıdır.
- Növbəti həftəsonu Premyer Liqa start götürür. Hələ optimallaşmayan “Neftçi” iki cəbhədə mübarizə aparmağa hazırdır? Və əsas rəqibiniz “Qarabağ”ın avrokuboklardakı oyunlarını izləyirsiniz?
- “Qarabağ”ın oyununa baxdım. Onlar mükəmməl oyun göstərdilər. Biz də bu gün eyni səviyyədə oynadıq. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə olacaq. Bərpa üçün vaxt olmayacaq. Bunun üçün heyətimizdəki bütün oyunçuları hazır vəziyyətə gətirməliyik. Hazırda “Qarabağ”la matçları düşünmürəm. Yalnız növbəti görüşə köklənməliyəm.
- "Rapid"i keçə biləcəksiniz?
- Sözün əsl mənasında tarix yazmaq istəmirdim. Çünki tarixi öz sağlamlığımla yazıram. 0:2-dən sonra heç də asan deyildi. Dediyim kimi "Rapid"i analiz edəcəyik. Əminəm ki, başqa səviyyə olacaq. Avstriya çempionatının səviyyəsi Kipr liqası ilə müqayisədə daha güclüdür. İki ağır oyun olacaq. Ona görə seçdiyimiz taktika hər iki oyuna yönəlməlidir. Avstriyadakı atmosferin necə olacağını bilirəm. Ümidvaram ki, hər iki oyunda komandam istənilən səviyyədə olacaq.
- Azər Salahlının durumu nə yerdədir?
- Ümid edirəm ki, Azərin zədəsi ciddi deyil. Növbəti oyunda da sərəncamımda görəcəyimə inanıram.
- Ən çox hansı mövqeyi gücləndirmək istəyirsiniz?
- Hazırda komandama köklənmişəm. Vaxt olsa, lazımı oyunçunu tapa bilsək, güclənə bilərik. Mövqe haqda danışmaq istəmirəm. Çünki bunu indidən desək, qiymət daha da artacaq. Bu, rəhbərliyin işidir. Onlar gündəlik nələrdən danışdığımızı bilirlər. Əlbəttə ki, şansımız olsa, keyfiyyətli oyunçu cəlb edəcəyik. Uduzsam da, qalib gəlsəm də, oyunçu tələb etməyəcəyəm. Bu, mənim komandamdır və onlarla işləməyə davam edəcəyəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"