4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Sənan Qurbanov: "Bəlkə də, rəhbərliyin mənə yazığı gəlir"

“Hər dəfə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.

0:3 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı bildirib: “Belə start gözləmirdik ki, 4 oyundan sonra xalsız qalaq. Bəlkə məşqlər bizi aldatdı, bəlkə transferlərdə tələsdik. Avrokuboklar bizi tələsdirdi. Təəssüf ki, səviyyə aşağı olan futbolçular gəldi. O pula daha yaxşısını almaq olardı. Bir az səbr edib başqa oyunçular gətirsəydim, bəlkə daha yaxşı olardı. Getmək asandır. İnsan nəyəsə inanır, çalışırsan ki, bəlkə düzələr. "Neftçi" də olsa, uduzmaq təsir edir. Əlimizdə düşən şanslardan istifadə edə bilmirik. Bu təzyiq üzərimizdə var. Qarşıdakı günlərdə nə olacaqsa olacaq".

Qurbanov istefanın gündəmdə olduğunu gizlətməyib: "Kuboku qazanandan sonra heç kim istefa barədə yazmırdı. Baş məşqçisiz necə kuboku qazanmaq olar? Hər məşqçi başa düşür ki, məğlubiyyət artdıqca çemodan dolur. Futbolda təsadüf olmur. Kuboku da təsadüfən qazanmamışıq. Rəhbərlik desə, hər zaman getməyə hazıram. İnsan düzəltməyə daha çox çalışmalıdır. İstefam gündəmdədir, burada təzminat söhbəti eləmirəm. Sabah rəhbərlik deyə bilər ki, sağ ol, işimiz bura qədərdir. İşimdən tutub yapışmamışam. Heç nədə qorxum yoxdur. İstefa lazım olsa, edəcəyəm. Bəlkə də, getməyim çıxış yoludur və ya əksinə. Yalvarıb burada qalmaq fikrim də yoxdur. Rəhbərlik nə əziyyət çəkdiyimi görür. Bəlkə də, rəhbərliyin yazığı gəlir ki, səhərdən axşama qədər əziyyət çəkir. Məğlubiyyətin birbaşa günahkarı mənəm. Legioner məşqçilərdən deyilik ki, təzminat tələb edək. Çıxış yolunu hamımız axtarırıq" (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31