4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Olimpiakos"un baş məşqçisi: “Bakıya ciddi itkilərlə yollanacağıq”

“Bakıya ciddi itkilərlə yollanacağıq. Bəzi oyunçularımız meydana çıxmayacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis heyətdə xeyli sayda itki olduğunu bildirib: "Çox oyunçu səfərə aparılmayacaq. Sokrates Papastatopulos, Yann Mvila, Tikinyo, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisin adını çəkə bilərəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik".

O, itkililərə baxmayaraq, ilk görüşdəki qələbə qazanmalarının səbəbini belə izah edib: "Heç bir sirr yoxdur. Hazırlıqdan çox şey asılıdır. Çox məşq edirik və oyunlara ciddi hazırlaşırıq. Problemlərin öhdəsindən gəlməyi və yeni sınaqlardan keçməyi xoşlayıram. “Olimpiakos”un böyük futbolçuları var. Hamıya şans vermək yaxşı haldır. Bu da oyunçularda təcrübə formalaşdırır. Ehtiyat oyunçuları hazırlamaq və onlardan yararlanmaq mənim üçün xoşdur. İnanıram ki, “Olimpiakos” bu heyətlə irəli gedəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31