4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Valbuena "Neftçi" ilə oyundan danışdı

“İlk oyunda olduğu kimi, bu dəfə də çətinliklərə hazırıq. Asan oyun olmayacaq. Amma yenə qələbə qazanmağa çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Olimpiakos”un futbolçusu Matye Valbuena Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab görüşü öncəsi təşkil edilən mətbuat konfransında deyib.

37 yaşlı yarımmüdafiəçi əvvəlcə Yunanıstandakı oyunda zəif çıxış etmələrinin səbəbini açıqlayıb: "Bəzi oyunçularımız iştirak etmədiyi üçün Yunanıstanda çətinliklərlə üzləşdik. Bunu da gözləyirdik. Ancaq yenə də addım-addım irəliləmək və Çempionlar Liqasında məqsədimizə çatmaq istəyirik. Əlimizdən gələni edəcəyik. Bütün komanda şəklində oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmağa köklənəcəyik”.

Fransa millisinin sabiq üzvü  sürpriz nəticəyə imkan verməyəcəklərini bildirib: "Bəzi problemlərimiz oldu. Amma bunu bir saniyə də ağlımızdan keçirmirik. Oyun çətin olacaq. Ancaq biz öz proqramımız üzrə hərəkət edirik".

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. "Olimpiakos" Yunanıstandakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31