27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mahir tibbi müayinədən keçdi

“Legiya”nın yeni transferi Mahir Emreli Varşava klubunda tibbi müayinədən keçib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvündən dünən və bu gün müəyyən testlər götürülüb.
 
Polşa təmsilçisi 24 yaşlı hücumçunun dünən daxili orqanlarını yoxlayıb, hər şey qaydasında olub. Bugünkü Maqnit Rezonans Tomoqrafiyasının cavabları isə sabah bilinəcək.
 
“Qarabağ”dan yollanan forvard sabah səhər saatlarında klubun bazasında qaçış testindən keçəcək. Hər hansı bir problem aşkarlanmasa, sabah münasibətlər rəsmiləşəcək və “Legiya” onu ictimaiyyətə təqdim edəcək.
 
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə 3 illik müqavilə imzalaması nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30