27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Bakı” Zeynal Məmmədovun müdafiəsinə qalxdı

“Bakı” rəhbərliyi klubun baş meneceri Zeynal Məmmədovun AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılması ilə bağlı apellyasiya verəcək. Bu barədə Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.
 
Onun sözlərinə görə, Z. Məmmədov Premyer Liqanın VI turunda “Xəzər Lənkəran”la görüşün fasiləsi zamanı Ramil Diniyevin başçılıq etdiyi hakimlər briqadasını təhqir etməyib: “Sadəcə, Zeynal müəllim hakimlərdən obyektiv olmalarını istədi. R. Diniyev isə yol verdiyi səhvlərdən özünü sığortalamaq üçün protokolda təhqir olunduğunu yazıb. Halbuki onun fikri oyunda olsaydı, belə şey yazmazdı”.
 
Qeyd edək ki, AFFA İntizam Komitəsi Zeynal Məmmədovu 5 oyunluq cəzaya, “Bakı”nı isə 5000 manat cəriməyə məruz qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30