27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Sənan Qurbanov: "Komanda 180 dərəcə dəyişməlidir"

"Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, kubok matçlarında səhv etmək olmaz: "Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidir. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda "Səbail"lə matça hazırlaşacağıq".

Baş məşqçi rəqibin sayılmayan qolu barədə də danışıb: "Bunu mübahisə etmək olar. 1:2 hesabı ilə məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdırlar. Sabahdan işə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq".

Çempionatda da qalib gələ bilmədiklərini xatırladan Qurbanov oyunçular tərəfindən özünə qarşı hər hansı kampaniya olduğunu düşünmədiyini söyləyib: "Görünən odur ki, futbolçular çempionatdan sonra bərpa ola bilmədilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30