27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Millinin keçmiş baş məşqçisi: “Zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq”

"Bizim problemimiz İrlandiya və ya Portuqaliya yığmaları ilə yox, Lüksemburq və Azərbaycan milli komandalarına qarşı oyunlarda ola bilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri keçmiş Yuqoslaviya yığmasının sabiq baş məşqçisi Milan Jivadinoviç DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi oyunu haqda danışarkən deyib.

O, yerli mətbuata açıqlamasında Serbiya millisinin özündən zəif komandalarla görüşdə motivasiya probleminin olduğunu bildirib: “Serbiya yığması güclü komandalara qarşı daha motivasiyalı olur, bu görüşlərdə heç vaxt motivasiya çatışmazlığı olmayıb. Ən böyük problem zəif rəqiblərlə görüşlərdə olur. İfadəmə görə məni bağışlayın, zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq. 4 xal qazandıqdan sonra hər şeyin yaxşı olduğunu düşünürük. Amma Bakıda işimiz asan olmayacaq".

Xatırladaq ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçirilcək Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30