27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Serbiyalı baş məşqçi: "Azərbaycan millisini ciddiyə almamaq olmaz"

"Asan olmayacaq. Gəlin, özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Baçka Topola" komandasının baş məşqçisi Mladen Krstaiç Serbiya yığmasının dünya çempionatının seçmə mərhələsindəki oyunları barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis DÇ-2022-yə vəsiqə qazanmaq üçün hər kəsin əlindən gələni etməli olduğunu bildirib: "Mundiala vəsiqə qazanmaq üçün keyfiyyətimizin olub-olmadığını zaman göstərəcək. Asan qrup deyil. Portuqaliya və İrlandiya var. Azərbaycanı isə ciddiyə almamaq olmaz. Çətin qrupdur, amma növbəti mərhələyə yüksəlməsək belə, gələcəyimiz üçün zəmin yaratmalıyıq. Realist olmalısan, bütün komandalara ciddi yanaşılmalıdır".

Qeyd edək ki, Mladen Krstaiç 2017-2019-cu illərdə Serbiya yığmasına rəhbərlik edib. Azərbaycan millisi Serbiya ilə A qrupundakı ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30