27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zubir: “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir”

"Qarabağ"ın heyətində 100-cü oyununu keçirmiş Abdullah Zubir yubiley görüşü barədə fikrini klubun saytına bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, xoşbəxt olduğunu dilə gətirib:

"Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm".

Zubir Ağdam təmsilçisi ilə müqaviləsini 3 il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib: “Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qol vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30