27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Xəzər Lənkəran" 10 ballıq şkala ilə "10"a layiqdir"

"Xəzər Lənkəran”ın futbolçusu Edu Oriol İspaniya mətbuatın müsahibə verib. 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Saraqosa”dan ayrılmasından və ölkəmizə gəlişindən danışıb.

- Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz də onlardan birisiniz. Buna nə səbəb oldu?

- Ay yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.

- Niyə belə idi, nə baş vermişdi?

- Bilmirəm. Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən faciəvi dərəcədə zəif deyildim.

- Belə münasibətdən sonra müqaviləni sülhlə pozdunuz?

- Hə. Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.

- Lakin bəzi komanda yoldaşların məhkəmələrə, federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün kompensasiya tələb edir...

- Mənim işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən pula görə savaşmayacağam.

- İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan necə görünür?

- Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim.

- Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd sayılmalıdır?

- Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə isə daha çox layiqdir.

- Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın ayrıldığı “Xəzər Lənkəran”a...

- Doblas komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan heç bir şikayəti yoxdur.

- Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi?

- Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.

- Oradakı şəraitdən razısınızmı?

- Burada hələlik hər şey ən yüksək səviyyədə, 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30