27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Evdə “Qarabağ”, səfərdə “Neftçi”

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib.

Futbolxeber.az-ın PFL-in saytna istinadən verdiyi məlumata görə, bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub.

131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir - 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.

Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.

Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.

4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30