27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qara Qarayev: "Makkabi"dən xal almağa çalışacağıq"

Güclü komandaya qarşı oynayacağıq. "Makkabi" yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Makkabi" (Təl-Əviv) ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Komandanın vitse-kapitanı itkilərinin çox olduğunu xatırladıb: "Son zamanlarda heyətlə bağlı problemlərimiz var. Ancaq azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Son ev oyunumuzda xal qazanmağa çalışacağıq".

28 yaşlı yarımmüdafiəçi son zamanlar meydana müdafiəçi kimi çıxmasının onun üçün çətinlik yaratdığını qeyd edib: "Sonuncu müdafiəçi kimi oynamaq vərdişlə bağlıdır. Uzun müddətdir bu mövqedə oynamasam da, orta xətlə oxşarlığı var. Mənim üçün çətindir. Son vaxtlar heyətdəki problemlərə görə bu addım atılıb. Fərqi hiss etdirməməyə çalışacağam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30