27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Yaxın gələcəkdə oyunlarımızı “İmarət”də keçirəcəyik”

"Bilirdik ki, oyun ağır keçəcək. Sıx qrafik və süni meydança amili var idi. Amma bu gün 1 xal qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O bildirib ki, Ağdama səfər komandaya müəyyən qədər təsir edib: "Yorğunluq oldu. Amma Ağdamın alınmasına görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik".

Zədəlilərin durumuna da toxunan mütəxəssis onların fərdi məşqlərə başladığını deyib: "Abbas Türkiyədədir. Bədavi məşqlərdə iştirak edir. Rahillə Maksim hələ ki, ölkə xaricindədirlər. Sabah test verəcəklər. Ondan sonra məsələyə aydınlıq gələcək".

Məşqçi ikinci hissədə meydana daxil olan Mahir Emreli ilə Abdullah Zubirdən istədiyi effekti aldığını söyləyib: "Onların meydana girməsindən sonra qol da vurduq. Rəqibi də qeyd etmək lazımdır. Çox ağıllı kollektivdir" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30