26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Zirə" - "Neftçi": yubiley oyununa doğru

Bu həftə Azərbaycan Premyer Liqasının 9- cu turu çərçivəsində “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının "Zirə"nin Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu, iki komanda arasında yubiley - 20-ci qarşılaşma olacaq.

İlk dəfə 2015-ci ildə üz-üzə gələn rəqiblər indiyədək Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. “Zirə” bu matçlarda üstünlüyə malikdir. Aktivində 10 qələbə olan “qartallar” 5 dəfə bir xalla kifayətlənib və yalnız 4 matçda uduzub. 22 qol vuran komanda 18 top buraxıb.

 “Neftçi”yə qarşı səfər matçlarında da üstünlük “qartallar”ın tərəfindədir. Səfərdəki 9 oyunda 3 qələbə və 4 heç-heçə əldə edən “Zirə” rəqib meydanında iki məğlubiyyət alıb. Bu görüşlərdə top fərqi meydan sahiblərinin xeyrinədir. Komanda 11 qol vurub, 13-nü buraxıb.

Qeyd edək ki, “Neftçi” - “Zirə” oyunu noyabrın 28-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30