26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

UEFA Sivasa göndərəcəyi hakimləri dəyişdi: “Qarabağ” üçün tanış referi

UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Sivasspor" - "Qarabağ" oyununun hakimləri dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb.

Görüşü baş hakimi Sandro Şörer olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Qeyd edək ki, daha əvvəl oyun portuqaliyalı hakimlərə tapşırılmışdı. Maraqlıdır ki, sabahkı matçın dördüncü hakimi əvvəldən elan olunduğu kimi, portuqaliyalı Yanku Yoan Vasilitsa olacaq.

Əlavə edək ki, Şörer 2018-ci ilin 7 noyabrında Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən "Vorskla" - "Qarabağ" görüşünü idarə edib. Həmin vaxt Ağdam klubu səfər görüşündə 1:0 hesablı qələbə qazanmışdı. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30