26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Emre Belözoğlu: "Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı"

"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu Türkiyənin "Fənərbağça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezliklə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı".

Klubun seleksiya qrupunda Azərbaycan futbolunu izləyən nümayəndələri olduğunu bildirən Belözoğlu ona hesabatların göndərildiyini deyib: "Fənərbağça"da yeni vəzifəyə təyin olundum. Burada ən yaxşısını etmək üçün mübarizə aparacağam. Azərbaycan xalqının dualarına ehtiyacım var. Bizim qan bağlılığımız olduğu üçün hər zaman gözümüz orada olacaq".

Qeyd edək ki, Emre Belözoğlu ötən mövsüm futbolçu karyerasını başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30