27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rəşad Sadıqov: “100 faizlik şanslardan yararlana bilmədik”

“Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 3-cü turunda evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada bəzi səhvlər etdilər: "Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq".

R.Sadıqov mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik".

Sadıqov zədəli olan Ağabala Ramazanovun artıq məşqlərə başladığını, qarşıdakı tura deyil, ondan sonrakı tura hazır olacağını deyib (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30