27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qarabağ” üzərində qələbə insana ecazkar hiss verir”

“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Molde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

O, hədəflərinin qrupa düşmək olduğunu söyləyib: “Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm. Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.

Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi. Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.

Xatırladaraq ki, Norveç çempionu "Qarabağ"ı penaltilər seriyasında üstələyərək (6:5) pley-offa yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30