27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elxan Məmmədov: “Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi”

"Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan yığmasının səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının II tur matçından sonra deyib.

Assosiasiya rəsmisi bildirib ki, Bakıda Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə qələbə qazanmaq çox vacib idi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi".

Məmmədov De Byazinin yığmanı Millətlər Liqasına yoldaşlıq oyunları keçirmədən hazırlamasına da diqqət çəkib: "Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o, öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan, Millətlər Liqası yaxşı fürsətdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30