27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Yunis Hüseynov “Laçi” haqda: “Zəif cəhətləri də var”

"Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Albaniya "Laçi"si ilə oyunöncəsi mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, rəqibi təhlil ediblər: "Laçi" güclü komandadır. Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm bombardir olub. Amma zəif cəhətləri də var".

Baş məşqçinin sözlərinə görə, Şaxrux Qadoyev zədə səbəbindən sabahkı görüşü buraxacaq: "Əvəzində Cavid və Kamara sıraya dönüblər".

Baş məşqçi oyun öncəsi həyəcanlı olmadığını vurğulayıb: "Həyəcan yoxdur. O vaxt "Karvan"da Avropa Liqasında mərhələ keçən ilk məşqçi olmuşam. Məndən sonra "Xəzər Lənkəran" mərhələ adlamayıb".

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt"la oyunundan sonra hücumçu Aleksandr Kristovaonun əvəzlənərkən əsəbiləşməsinə münasibət bildirib: "Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz. Bu, mümkün deyil. Hər bir futbolçu əvəzlənə bilər. Buna görə kiməsə cəza vermək fikrim yoxdur".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da oynanılacaq "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30