26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Asif Məmmədov: “Onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümündə “Qəbələ”nin ilk qoluna Asif Məmmədov imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli futbolçu I turun “Zirə” ilə ev oyununun (1:1) 3-cü dəqiqəsində erkən qol vurub. Asif ilk turun görüşü barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Zirə”yə qarşı matç mövsümdə ilk oyun idi. Həmişə birinci qarşılaşma çətin olur. Buna baxmayaraq, hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Görüş çox maraqlı, qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komanda qalib gəlmək, mövsümə 3 xalla başlamaq istəyirdi. Uzun fasilədən sonra ilk rəsmi matçımız idi. Bu üzdən çətin olacağını öncədən hiss edirdik. Amma meydana çıxandan sonra bu çətinlik arxada qaldı. Qol vurduğum epizoda gəlincə, qayıdan, ikinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır. Oyunun gedişində olan epizod idi ki, bu da qolla nəticələndi”.

İlk turun nəticəsini ədalətli hesab edən Asif Premyer Liqada yaranan fasilənin komandaya mümkün təsirindən də danışıb: “Rəqib də hücumlar təşkil edirdi. Bu matçda həm uda, həm də uduza bilərdik. Ən ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın qol şansları oldu, amma istifadə edə bilmədi. Qarşıdakı fasilənin komandaya həm müsbət, həm mənfi təsiri ola bilər. İlk turda pis oynamadıq. Bu üzdən oyunlar davam etsəydi, daha yaxşı ola bilərdi. Digər tərəfdən komandaya yeni oyunçuların gəlməsi gözlənilir. Bu müddətdə yoxlama oyunlarının keçirilə biləcəyini də nəzərə alsaq, onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30