27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Namaşkodan 25-ci quru oyun

Bakının “Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci quru oyununu keçirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib.

“Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. Namaşko buna 75-ci oyununda nail olub.

2014/15 mövsümündə AZAL-ın heyətində Premyer Liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Stanislav Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.

Qeyd edək ki, bu göstəricidə rekord Rauf Mehdiyevə məxsusdur. O, 137 quru oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30