27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Premyer Liqaya 10 doğma məkan

İndiyədək Azərbaycanın 62 stadionunda Premyer Liqanın (əvvəl Güclülər dəstəsi və ya Yüksək Liqa) oyunları keçirilib.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticəsi ləğv olunan, yarımçıq qalan qarşılaşmalar nəzərə alınmamaqla bu arenalarda 4874 matç baş tutub.

Bunun 1/10-dən çoxu ölkənin ən köklü idman qurğusu olan Tofiq Bəhramov adına Respublika Stadionunun payına düşür. Bu da səbəbsiz deyil. Azərbaycan çempionatlarının 28 illik tarixində müxtəlif komandalar ev oyunlarını burada keçirib.

Paytaxtdakı stadionda 491 çempionat matçı baş tutub. “Şəfa”, “İnter Arena” adlarını da daşımış “ASK Arena” da 400-dən çox oyuna ev sahibi olub.

Bakıdan kənardakı stadionlar arasında rekord Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna məxsusdur. Ən çox oyunun keçirildiyi 10 stadionun yarısı paytaxtda, yarısı kənardakı idman qurğusudur.

Ən çox çempionat oyunu qəbul edən 10 stadion

1. Tofiq Bəhramov adına Respublika Stadionu - 491

2. “ASK Arena” - 417

3. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu - 278

4. Gəncə şəhər stadionu - 265

5. Tovuz şəhər stadionu - 245

6. Qəbələ şəhər stadionu - 194

7. Lənkəran şəhər stadionu - 192

8. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu - 166

9. Ordu stadionu - 141

10. ADBTİA stadionu - 130

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30