26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Tural Axundov: “Elə söz demişəmsə, qoy sübut etsinlər”

“Yalan söhbətdi. Mən elə söz deməmişəm. Əgər həqiqətən də elə söz demişəmsə, qoy sübut etsinlər”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin sabiq üzvü Tural Axundov deyib.

Mətbuatda Axundovun “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovla haqda sərt ittihamı yer alıb: “Füzuli kimdir ki, futbolçular barədə qərar versin, məni çıxarsın”.

Lakin futbolçu adından yazılan fikirlərin ona məxsus olmadığını bildirir: “Nədənsə çəkinəcəyim yoxdur. Əgər elə bir fikir səsləndirsəydim, danmazdım bunu. Mən elə söz deməmişəm. Bilmirəm ki, bu söz hardan çıxıb”.  

T.Axundov vurğulayıb ki, “Neftçi” heç kimlə problemi olmayıb: “Neftçi” ilə müqaviləm başa çatdı. Klubdan da yeni təklif gəlmədi. Belədə yollarımızı ayırdıq. Baş məşqçi ilə də, klub rəhbərliyi ilə də aramda heç bir problem olmayıb”.

Təcrübəli müdafiəçi bildirib ki, tezliklə yeni klubunun adı məlum olacaq: “Hazırda danışıqlar gedir. İnşAllah 2-3 günə hər şeyə aydınlıq gələcək”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30