27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Füzuli Məmmədov: “Fasilələr futbolçular üçün təhlükəlidi”

“Bu iki yoxlama oyunuyla həm fiziki durumu qaldırmaq istəyirdik, həm də oyunlar arasında fasilə az olanda komanda gərginliyə uğunlaşsın”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazandıqları yoxlama oyunundan sonra deyib.

O, komandasının zədələnən futbolçularına görə təəssüfünü gizlətməyib:

“Maraqlı oyun getdi. Hər iki komanda yaxşı futbol göstərdi. Əsas odur zədələr olmasın. Təəssüf ki, iki futbolçumuz zədələndi. Yoxlama oyunları bizim üçün önəmlidi. Bizim futbolçulara da "çox sağ ol" deyirəm, rəqibə də. Çünki qısa fasilədə belə oynamaq çətindi. Komandamın yaxşı oyunundan, əzmkarlığından razı qaldım”.

“Neftçi”nin çalışdırıcısı hələlik komandasının çempionata hazır olmadığını qeyd edib:

“İndiki halda tam hazır deyilik. Fasilələr futbolçular üçün təhlükəlidi. Düzdür, bizdə mikrozədələr olsa da, hər halda, zədədi. Maksimum çalışırıq ki, futbolçular oyun gərginliyinə hazır olsun. Əminliklə  deyirəm ki, tam fiziki hazırlıqlıq olmayacaq”.

F.Məmmədov çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı fikirlərini belə bildirib:

“İki gündən bir oyun salırıq. Bu isə o deməkdir ki, komandanı çempionat matçlarına hazırlayırıq. Çempionatın davam etdirilməsinin tərəfdarıyıq. Komandanı da buna kökləyirik. Lakin məşqlərin bu səviyyədə getməsi futbolçuların çempionata hazır olmasına imkan verməyəcək. Çempionatı bu vəziyyətdə davam etdirmək komandamız üçün çətin olacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30