27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rauf Əliyev: "Çempionatın ləğvi yaxşı qərar olardı"

"Məşqlərə başlamaq yaxşı idi. Yenidən yaşıl meydanlarda olmaq sevindiricidir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Səbail"in futboluçusu Rauf Əliyev deyib. 31 yaşlı hücumçu hazırlıq prosesində tələb olunan bütün qaydalara əməl etdiklərini söyləyib. Forvard həftə sonları üçün tətbiq olunan küçəyə çıxma qadağasına da münasibət bildirib: "Belə qadağa futbolçulara müəyyən çətinlik yaradacaq. Düzdür, az məşq etməli olacağıq, amma dövlətin hər bir qərarına əməl etməliyik".

Əliyev çempionatın vaxtından əvvəl yekunlaşmasının tərəfdarı olduğunu söyləyib: "Bu, mənim şəxsi fikrimdir: Belə gedişatdansa, çempionatın ləğvi yaxşı qərar olardı. Çünki sabah daha hansı qərarların veriləcəyini bilmirik".

Azərbaycan Premyer Liqasında yalnız "Qəbələ" klubu həftəsonları məşq edə bilir. Rauf Əliyev bunun digər komandalara haqsızlıq olmadığını bildirib: "Onların belə bir imkanı var və bundan istifadə edirlər".

Hücumçu xüsusi karantin dönəmində çəki ilə bağlı problem yaşamadığını deyib: "Sadəcə, uzun fasilədən sonra meydana qayıtmaq məşqlərdə bir az çətinliyə səbəb olur".

Əliyev son olaraq klubla yeni müqavilə barədə hələ ki, danışıq aparmadığını, mövsümün sonuna kimi "Səbail"də qalacağını söyləyib. Oyunçu evdə qaldığı müddətdə maaş problemi yaşamadıqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağaları 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyuna da nəzərdə tutulur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30