Ölkə futbolu
Nə oldu, “Neftçi” dağıldı?
Martdan bu yana koronavirus pandemiyasına görə sanki qış yuxuna getmiş Azərbaycan futbolunda son 2-3 gündə canlanma müşahidə olunur. Bu da səbəbsiz deyil. Əvvəlcə məlum oldu ki, iyunun ilk günündən klublarımız məşqlərə başlayacaq, ayın 21-də isə Premyer Liqamız qaldığı yerdən davam edəcək.
Dünən klublarımız hazırlığa start verdilər, PFL isə mövsümün qalan hissəsinin təqvimini açıqladı. Ardınca məlum oldu ki, I divizion və Gənclər Liqasında mövsümün qalan hissəsi oynanılmayacaq və AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Turan Tovuz” və “Qəbələ” müvafiq olaraq bu yarışlarda çempion elan edildilər.
Axşam saatlarında isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun açıqlamaları günə damğa vurdu. CBC Sportda “Bizim futbol”un qonağı olan assosiasiya rəhbəri əvvəlcə növbəti mövsüm Premyer Liqada komanda sayının artırılmayacağını bəyan etdi. Bildirdi ki, planda 10 komanda olsa da, hazırkı vəziyyət nəzərə alınaraq növbəti mövsümdə də yüksək dəstədə 8 komandalı çempionat keçiriləcək.
Daha sonra E.Məmmədov millinin baş məşqçi məsələsinə toxundu və bəyan etdi ki, yığmanı çalışdırmağa əsas namizəd olan 3 əcnəbi məşqçi ilə danışıqlar artıq bərpa olunub. Millətlər Liqasının startı yubanmasa, ən geci artıq avqustda yığmamızın yeni çalışdırıcısını adını rəsmən biləcəyik. Bu açıqlama həm də “millini yerli mütəxəssis çalışdıracaq” fikrinin üstündən bir daha xətt çəkdi.
Bayaqdan sadaladıqlarımız haqda günün müxtəlif saatlarında danışılsa da, 1 iyunun əsas müzakirə mövzusu “Neftçi” idi. Hələ srağagün gecədən Donald Geryenin İnstaqram hesabından klubdan gedəcəyini bəyan etməsi, əvvəlcədən Baqali Dabonun klubu tərk etmək üzrə olması anti”Neftçi”liləri hərəkətə keçirdi. Klubun prezidentindən, vitse-prezidentindən, idman direktorundan, baş məşqçisindən, futbolçusundan, tərcüməçisindən, mətbuat xidmətindən incik kim vardısa, hamısı “Neftçi”nin halına “yanan” oldu. Gün ərzində sosial şəbəkələrdə “Amandı qoymayın, “Neftçi” dağıldı” “ağı”sı səsləndi. 2 futbolçunun gedişi ilə sən demə, illərin flaqmanı yerlə yeksan olacaqdı. Bəli, indiki məqamda 2 aparıcı futbolçunun gedişi çempionluq şansı onsuz da çox olmayan “Neftçi”nin işini çətinə salacaq. Amma hadisələrə real gözlə baxsaq, aydın olar ki, birincisi, müqaviləsi bitən futbolçunun klubdan gedişində qeyri-adi nəsə yoxdur. İkincisi də ürəyini meydanda qoymayacaq, özünü yeni klubu üçün qoruyacaq futbolçunun elə meydana çıxmaması daha yaxşıdı. Əslində isə “Neftçi”nin durumunda bəzilərinin iddia etdiyi kimi, faciəvi nəsə yoxdu. Elə dünən günün ikinci yarısında klubdan gələn xəbərlər də hər şeyin qaydasında olduğunu sübuta yetirdi. Əvvəlcə Anton Krivotsyukla müqavilənin daha 1 illiyə uzadıldığı məlum oldu. Sonrada isə “Neftçi”sevərləri sevindirən daha bir xəbər yayıldı: Emin Mahmudov daha 3 il “ağ-qaralar”ın formasını geyəcək. Kapitanla sözləşmənin yenilənməsi həm də 2 futbolçunun gedişi ilə “Neftçi”ni “dəfn edənlərə” “yıxılmaqdıq, ayaqdayıq” mesajı idi...
FUTBOLXEBER.AZ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO