26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Səbail”in futbolçusu “Real”a keçidinin təfərrüatlarını açıqladı

"Atletiko"ya qarşı UEFA Super Kubokunun oyunu üçün Monakoda "Çelsi" ilə birlikdə idim. Mənə zəng gəldi, cavab vermək istəmədim. Həmin vaxt yanımda olan əmim oğlu cavab verməyimi istədi. Telefonu götürdüm, zəng edən Joze Mourinyo idi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri AS nəşrinə açıqlamasında "Səbail"in futbolçusu Maykl Essyen 2012-ci ildə İspaniyanın “Real” klubuna keçidi barədə danışarkən deyib.

38 yaşlı yarımmüdafiəçi Mourinyo ilə telefon vasitəsilə danışıq apardığını bildirib. Təcrübəli oyunçu Portuqaliyalı baş məşqçinin onu Madridə dəvət etdiyini söyləyib: "Orada oynamağa hazır olduğumu dedim. Bir neçə saatdan sonra agentim mənə zəng vurdu, baş verənləri ona izah etdim. “Real”la müqavilə bağladı, mən isə "Çelsi" ilə birlikdə stadiona gedən avtobusda idim. Agentim zəng vurdu və otelə qayıtmalı olduğumu bildirdi. Avtobusu dayandırmaq üçün sürücüyə qışqırmalı oldum. Bütün komanda yoldaşlarım mənə tərəf baxdı. Avtobusdan düşməli olduğumu söylədim və otelə qayıtdım, hər şey vaxtında edildi".

Essyen "Atletiko"ya 4:1 hesabı ilə uduzduqları matçdan sonra komanda yoldaşları ilə vidalaşdığını xatırladıb: "Madridə "Çelsi"nin idman geyimi ilə getdim, Mourinyo məni hava limanında gözləyirdi. Tibbi müayinədən keçdim, ertəsi gün məşqə başladım".

Qeyd edək ki, Maykl Essyen 2012/2013 mövsümündə icarə əsasında "Real Madrid"də çıxış edib. Peşəkar karyerasına Fransanın “Bastiya” klubunda başlayan yarımmüdafiəçi ən çox oyuna “Çelsi”də çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 oyunda 19 qol vurub. O, “Real Madrid"dən sonra İtaliyanın “Milan” komandasının da şərəfini qoruyub.

Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30