27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ekşteyn: “Sabah”a keçmək istəmirdim”

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in cənubi afrikalı  futbolçusu Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlamasında deyib.

Ötən yay Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrıldıqdan sonra “Sabah”a keçən 29 yaşlı yarımmüdafiəçi əvvəlcə bu barədə danışıb:

“Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

Xatırladaq ki, Hendrik Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlasa da, qış fasiləsində klubdan ayrılaraq “Səbail”ə keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30