27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

De Byazi: "Azərbaycan millisinin baş məşqçisi olmaq istərdim"

"AFFA-dan mənimlə əlaqə saxlayıblar. Millinizə başçılıq etməklə bağlı təklif almışam".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən olan Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis hazırkı məqamda təyinatı ilə bağlı dəqiq bir şeyin olmadığını bildirib: "Əslində qeyri-rəsmi məlumatları şərh etməyi xoşlamıram. Həyatımda heç vaxt bunu etməmişəm. Yalnız konkret faktlar barədə danışıram. Təyinatın nə vaxt gerçəkləşəcəyi mənə aid məsələ deyil. Nə vaxt baş məşqçi təyin olunsam, sizə də məlumat verəcəyəm. Amma onu deyim ki, yığmanızda çalışmaq istərdim. Niyə də olmasın?!"

63 yaşlı mütəxəssis uzun illər Albaniya millisinin formasını geyinmiş "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə Azərbaycan yığması barədə danışmadığını söyləyib: "Ansi mədəni insandır, həm əla oğlan, həm də yaxşı futbolçudur. Onunla çox şey haqqında danışmışam. Amma Azərbaycan barədə söhbətimiz olmayıb".

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı Avropa çempionatına vəsiqə qazanıb. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30