26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Aqolli: "De Byazi Azərbaycan millisinə xeyir verə bilər"

"Albaniya millisində 5 il Canni De Byazinin rəhbərliyi altında oynamışam. O, öz oyun sisteminə uyğun gələn futbolçuları çox tez müəyyənləşdirir".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Canni De Byazinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi haqqında xəbərlərə münasibət bildirərkən deyib.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən albaniyalı müdafiəçi italiyalı mütəxəssisin yığmaya xeyir verə biləcəyini düşünür. 38 yaşlı oyunçu De Byazinin başçılığı altında qazandıqları tarixi uğuru da xatırlayıb: "Biz məhz onun oyun sistemi sayəsində AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmışdıq. Həmçinin seçmə mərhələdə Ermənistan yığması ilə keçirdiyimiz hər iki oyunda qalib gəlmişdik. Onları evdə 2:1, səfərdə isə 3:0 hesabı ilə məğlub etmişdik".

Aqolli bildirib ki, De Byazi olduqca intizamlı baş məşqçidir: "O, futbolçularla daha çox taktiki hazırlıq üzərində işləyir. De Byazi bizim futbol mentalitetimizi dəyişdirdi, komandaya qələbə ruhu gətirdi. Rəqibin kimliyindən asılı olmayaraq, heç bir komandadan çəkinmirdik. Mübariz kollektiv formalaşdırmışdı. De Byazi həm də yaxşı motivatordur. O, Albaniyada hamının rəğbət bəslədiyi mütəxəssisdir. Hər kəslə yaxşı münasibətləri var".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli Albaniya millisində 73 oyun keçirib. Canni De Byazi isə 2011 - 2017-ci illərdə sözügedən yığmaya başçılıq edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30