27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rövnəq Abdullayev: “Millimiz zəiflər arasında qazandığı şansı dəyərləndirə bilmədi”

“Ölkəmiz beynəlxalq səviyyəli turnirlərə yüksək səviyyədə ev sahibliyi etsə də, təəssüf ki, millimiz uğurlu çıxışı ilə bizi sevindirə bilmədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu dəqiqələrdə keçirilən assosiasiyanın növbəti Konfransında çıxışı zamanı deyib.

O, yığmamızın Millətlər Liqasında qazandığı real şansı dəyərləndirə bilmədiyini təəssüflə xatırlayıb: “Millət Liqasında yığmamız ümidləri doğrultmadı. Təəssüf ki, millimiz zəiflər arasında qazandığı şansı dəyərləndirə bilmədi. Halbuki Millət Liqasından komandamızın 4 oyununa Bakının da ev sahibliyi edəcəyi Avro-2020-yə vəsiqə qazanacağına ümid edirdik. Seçmə mərhələdə də millimiz cəmi 1 xal qazana bildi. Milli komandamızdan fərqli olaraq, klublarımız Avrokuboklarda inamlı çıxışla bizləri sevindirirlər. Xüsusən bu baxımdan ardıcıl 6 il qrup mərhələsində çıxış edən “Qarabağ”ın adını çəkmək olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30