26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin rəqibi dəyişdi: "Konkordiya"

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək. Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.

Xatırladaq ki, Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komandamız yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30