Ölkə futbolu
Baçana Tsxadadze: "Bu sözləri şərh etmək istəməzdim"
"İnter"in hücumçusu Baçana Tsxadadze klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Baçana, “Rəvan”la matçda “İnter” yaxşı başlamadı, bununla belə, komanda artıq birinci hissədə görüşün gedişini dəyişdirə bildi və qalibin müəyyənləməsi üçün bütün məsələləri həll etdi.
- Bu qələbə bizim üçün çox vacib idi. Bəli, biz oyuna pis başladıq, 1:0 “Rəvan”ın xeyrinə olduğu zaman rəqibin daha bir qol vurmaq şansları da oldu. Ancaq bundan sonra biz özümüzə gəldik və oyunun gedişini xeyrimizə dəyişdirə bildik. İkinci hissədə konsentrasiya o qədər də yüksək səviyyədə olmadı, lakin bu, hesabda böyük fərqlə irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, biz belə böyük hesabla qalib gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.
- Yəqin “Rəvan”la matç öncəsində komanda daxilində müəyyən gərginlik var idi. Axı üç məğlubiyyətdən sonra futbolçuların psixoloji vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi.
- Bəli, vəziyyət bir qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər. Hər gün bizə deyirdilər ki, bu futboldur və belə vəziyyətlər hərdən baş verir. Bizə ürək-dirək verirdilər və deyirdilər ki, toparlanmaq lazımdır. Bununla belə, bir qədər kədərli idi, axı biz ilk üç turda məğlub olmuşduq. Amma hazırda vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizə növbədə oyunlarda da kömək edəcək.
- “İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonra məğlub olurdu. Maraqlıdır, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü? Komandanın bu üstünlüyünü yenidən itirə biləcəyini fikirləşdinizmi?
- Xeyr, etiraf edim ki, ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik. AZAL ilə ötən matçda, vurulan qoldan sonra, mən, fikirləşirəm, digər futbolçular da belə düşünmüşdülər ki, biz yenə qolu birinci vurduq və birinci hissədə qol buraxmamalıyıq. Ancaq fasiləyədək qapımızda yenidən qol gördük. Ancaq bu dəfə özümüzə güvənimiz vardı və qalib gələcəyimizə inanırdıq.
- Matç sizin üçün də uğurlu oldu. Hesabınıza mövsümün, eləcə də “İnter”in heyətində ilk het-trikini yazdınız.
- Üç qol vurub komandaya kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidir. Kimin qol vurmasının mənim üçün əhəmiyyəti yoxdur, axı futbol komanda oyunudur. İstərdim ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.
- Yeri gəlmişkən, biz müşahidə etdik ki, Bayıl stadionunda keçirilən bütün oyunlarda fərqlənə bilmisiniz.
- Burada nə demək olar (gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.
- Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu çatışmır. Bu sözlərə münasibət açıqlaya bilərsiniz?
- Bu sözləri şərh etmək istəməzdim. Mən sadəcə belə bəyanatlara özümün yaxşı oyunumla cavab verməyə çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.
- Bu yaxınlarda komandaya yeni forvard İlço Naumovski qoşuldu. Necə düşünürsünüz, bu yeni futbolçu komandaya kömək edə biləcək?
- Bəli, yaxşı karyerası olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandır, bundan başqa, o, əla futbolçudur. Düşünürəm ki, o, bizə kömək edəcək.
- Qarşıdan komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala klubuyla gözlənilən matç barədə nə düşünürsünüz?
- Biz stadionumuzda oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdır. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə bilərik.
- İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək çətindir. Hər halda çempionatın hansı komandası sizə daha yaxşı təsir bağışlayır və hansı komandaları mövsümün favoritləri sayırsınız?
- Mən artıq neçə ildir Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında “Qarabağ”a daha çox rəğbətim var. Bu mövsümdə də onlar güclüdürlər və hesab edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridir. “Qarabağ” güclü rəqibdir. Lakin digər komandaları da unutmaq olmaz.
- Yeri gəlmişkən, dördüncü gün “Qarabağ”ı Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ayntraxt” komandasıyla oyun gözləyir.
- “Qarabağ”a cavab oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada həmyerlim və dostum Nikoloz Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO