26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

Mövsümün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” 2020-ci ildəki ilk matçında MOİK-lə üz-üzə gəlib. Birinci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.

Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Murad Musayev, İvitsa Juniç, Yusif Nəbiyev, Amin Seydiyev, İdris İnqilablı, Asif Məmmədov, Ehtiram Şahverdiyev, Roman Hüseynov, Ülvi İsgəndərov, Kristian Kouakou.

Görüşün ilk yarısı “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Qol imkanları yaratmasına baxmayaraq, matçda hesab yalnız hissənin ortalarında açılıb. Ülvi İsgəndərov paytaxt təmsilçisinin qapısına yol tapıb.

Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ” ikinci hissəyə aşağıdakı heyətlə başlayıb: Tərlan Əhmədli, Rüstəm Nuruyev, Rövlan Muradov, Klesio Bauk, Merab Qiqauri, Fernan Lopez, Samir Məhərrəmli, Yaovi Akakpo, Sadiq Quliyev, Vüsal Məsimov, Qismət Alıyev.

İkinci hissəyə də fəal başlayan “qırmızı-qaralar” Fernan Lopezi qolu ilə fərqi artırıb. Hissənin gedişində qapıçı Muşfiq Nadirov Əhmədlini əvəzləyib. “Qəbələ” matçın sonunadək bakılıların qapısına daha iki qol vurub. Klesio Bauk və Rövlan Muradov fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30