26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Fariz Nəcəfov: “Qəbələ”nin dağılması Azərbaycan futboluna zərbə ola bilərdi”

“Son 3 ay müddədində büdcə ilə bağlı müəyyən söhbətlər dolaşırdı. Bu məsələlər həddindən artıq müzakirə olunurdu. Diqqətinizə çatdırmaq istəyirik ki, yayılan söhbətlərdə müəyyən həqiqətlə var idi. “Gilan Holding” “Qəbələ” klubunun təsisçisi idi və uzun müddət idi, klubun əsas sponsorlarından biri idi. Rəsmi olmasa da, “Gilan Holding” tərəfindən şifahi şəkildə bildirilmişdi ki, klubun büdcəsində xeyli azalma olacaq. Buna görə də yeni sponsor axtarışına çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

F.Nəcəfov bildirib ki, sponsor axtarışlarına çıxdıqları müddətdə AFFA ilə də danışıqlar aparıblar: “Bu müddətdə bir çox şirkətlərlə görüşmüşük. Hal-hazırda “Jalə” şirkəti ilə razılaşma əldə etmişik. “Qəbələ” bundan sonra da fəaliyyətini davam etdirir.

AFFA ilə, baş katib Elxan Məmmədovla da bununla bağlı görüşlərimiz olub. AFFA-dan bir neçə kluba maliyyə dəstəyi var. Eləsi var bötüvlükdə, eləsi var qismən. Müraciətimizin əsası da hansı dəstəyi ala biləcəyimizlə bağlı idi. AFFA-da büdcə illik təsdiq olunur. Bildirdilər ki, hər hansı kömək edə bilməyəcəklər. İcraiyyə Komitəsinin iclasından olanlardan xəbərim yoxdur. Allaha şükür ki, sponsor axtarışlarımız bəhrəsini verdi. “Qəbələ” yoluna davam edir. Mətbuat işçilərinə minnətdarlığımı bildirirəm. Bütün yazıları oxuyurdum. “Qəbələ”nin gələcəyi ilə bağlı narahatçılığı görürdük. “Qəbələ” klubunun dağılması Azərbaycan futboluna zərbə ola bilərdi. Növbəti ponsorlarla danışıqlar gedir. Daha yaxşı büdcə əldə edib, yolumuza davam etmək istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30