27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Yurçeviç milliyə xeyir verə bilmədi, ən idealı Prosineçkidir"

"Nikola Yurçeviçin milli komandadan gedəcəyi bəlli idi. Onunla yollar ayrılıb deyə qısa danışmaq istəyirəm. Yığmadakı nəticəsi ürəkaçan olmadığı üçün vidalaşdılar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov baş məşqçi Nikola Yurçeviçin istefası ilə bağlı danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi xorvatiyalı mütəxəssisi məşqçiliyindən çox, yaxşı insan kimi xatırlayacağını bildirib: "O, yaxşı və sakit təbiətli insan idi. Yığmaya xeyir verə bilmədi. Xeyir o vaxt olur ki, ortada hansısa nəticə olsun. AVRO-2020-nin seçmə mərhələsində çətin rəqiblərlə düşməyimiz də nəticələrə təsir etdi. Qrupumuzda iddialı yığmalar var idi. Bu, Yurçeviçin yığmadan gedişinə təsirsiz ötüşmədi".

Təcrübəli oyunçu Azərbaycan millisinə namizədlər sırasında Robert Prosineçkinin olmasına da münasibət bildirib: "Bəlkə də, komandamız üçün ən ideal baş məşqçi Prosineçkidir. Biz futbolçular bunu hər yerdə deyirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30