27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Hamşik: “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir”

“Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə oyundan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.

Futbolxeber.az saytının Bratislavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Slovakiya millisinin aparıcı üzvü Marek Hamşik deyib.

Sabah Avro-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransına qatılan 32 yaşlı yarımmüdafiəçi sabahkı görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib:

“Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, sabah da işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.  

Hamşik bildirib ki, yığmamızla oyunda favorit statusunu təsdiqləməlidirlər: “Təbii ki, ilk növbədə öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels - Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30