26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Remzi: “Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur”

"Uğursuz çıxışdan sonra dünya çempionatına getmək şansımızı itirmişdik. Amma indiyədək seçmə mərhələdə yaxşı oyun sərgiləmişik. 2016-dakı uğuru təkrarlamaq və bu böyük turnirin həyəcanını yenidən yaşamaq istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  Uels yığmasının yarımmüdafiəçisi Aaron Remzi Avro-2020-nin seçmə mərhələsində Bakıda millimizi məğlub etdikləri oyun (2:0) haqda danışarkən deyib.

O, Azərbaycanla oyunun Avropa çempionatına vəsiqə yolunda çox vacib olduğunu deyib: “Qazanmaq üçün hər şeyi etdik. Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur. Xorvatiya Bakıya getdi və xal itirdi. Bu səbəbdən Bakıdakı oyunun nə qədər çətin olacağını bilirdik”.

Qeyd edək ki, Britaniya təmsilçisi yığmamıza 2:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə vəsiqə şansını artırıb. Uels son matçda sabah Macarıstan üzərində qələbə qazanarsa, qrup ikincisi kimi, Avropa çempionatına yollanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30