27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qəbələdə dava düşdü, futbolçumuz APOEL-lini şapalaqladı

UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə “qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.

Yalnız meydana “Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.

Hadisələri yaxından izləyən görüşün baş hakimi “Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərdi. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması oldu.

Qeyd edək ki, ilk oyunda səfərdə APOEL-lə 1:1 hesablı bərabərliyə müyəssər olan “Qəbələ” doğma “divarlar arası”nda 0:1 yenilərək turnirdəki iştirakını başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30