26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Hamımız qələbə gözləyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda Kipr APOEL-i  ilə qarşılaşma öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlki sabakı matç haqda danışıb.

 - Bizim üçün hər oyun vacibdi. Onlardan biri də sabahkı görüşdü. Əlbəttə, hamımız qələbə gözləyirik. Hər zaman intizamlı oyun göstərməyə çalışırıq. Pis hazırlaşmamışıq.

- Zədəlilərin durumu nə yerdədi?

- Mahir və Romero komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. “18-lik”də olmaq ehtimalları çoxdu.

- Araz Abdullayevin adı iştirak ərizəsində olacaqmı?

- Böyük ehtimalla, bəli.

- Bu mövsüm qarşılaşdığınız APOEL-lə indiki arasında nə kimi fərqlər var?

- Yeni baş məşqçi gəlmişdi, komanda həddən artıq istəkli idi. Bundan narahat idik. Hansı oyun üslubunda oynayacaqlarını da bilmirdik. Bunu da təxmin etmişdik. Bizim üçün asan olmadı. Amma artıq daha çox bir yerdə olublar. Düşünürəm ki, indi daha təcrübəlidilər və biz çətinliklərə hazır olmağa çalışırıq.

- “Qarabağ”ın qrupdan çıxmaq şansını bu oyun neçə faiz həll edəcək?

- Əvvəlki turdakı nəticələri də gördünüz. APOEL-in evdə məğlub olmasını heç kim gözləmirdi. Məncə, bu oyuna görə fikir bildirmək düzgün olmaz. Düşünürəm ki, son tura qədər mübarizə gedəcək. Hər üç komandanın qrupdan çıxmaq şansı var.

- Eyni komanda ilə avrokubokda bir mövsümdə üçüncü dəfə qarşılaşmaq nə dərəcədə çətindi?

- Psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün asan olmayacaq. Hər iki komanda bir-birini daha yaxından tanıyır, yaxşı analiz edə bilər. Həddən artıq istəkli olmalıyıq. Üstünlüyü bunda axtarmalıyıq. Oyun üslubumuzu yaxşılaşdırmalı və istəyimizi də artırmalıyıq. Çempionatda bir rəqibə qarşı eyni mövsümdə 4 dəfə qarşılaşırıq. Məcburuq ki, bu dəfə daha ciddi yanaşaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30