26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İsveçrə millisinin baş məşqçisi: “Bir az bəxtimiz gətirdi”

“Qələbə qazansaq da, buna asan nail olmadıq. Rəqibimiz də bunu bacarmaq üçün ürəklə oynadı. İstənilən halda, məqsədimizə çatdıq və hazırda 3 oyundan 9 xal toplamışıq ki, buna görə də özümü xoşbəxt hiss edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İsveçrə U-21 yığma komandasının baş məşqçisi Mauru Lustrinell deyib.

O, Avropa çempionatının seçmə mərhələsində millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyunda bəxtlərinin gətirdiyini bildirib:

“Slovakiya yığması burda məğlub olmuşdu. Bunu nəzərə alsaq, bu komandaya qarşı oynamağın çətin olduğunu vurğulamalıyıq. Hətta deyərdim ki, oyunda bir az bəxtimiz gətirdi. Rəqib xüsusilə də sona yaxın təzyiqi artırdı. Biz isə dözməyə, hesabı qorumağa çalışdıq.

Fasiləyə qədər daha çox qol vura bilərdik. Ancaq ikinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi. Oyun heç-heçə başa çatsaydı belə, narazı qalmayacaqdım.

Rəqibimiz haqda xoş fikirlər səsləndirə bilərəm. Komanda ildən-ilə artırır. Bu tempdə daha 2-3 il işləsələr, inkişaf edəcəklər. Stadiona gəldikdə, həm qazonun durumunu, həm də atmosferi bəyəndim”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30