27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” APOEL-lə heç-heç etdi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Famil Xəlilovun yetirmələri Kiprin APOEL klubu ilə qarşılaşıb. Matça fəal başlayan təmsilçimiz artıq 9-cu dəqiqədə hesabı açıb. Təbriz İsazadə "Qəbələ"ni hesabda önə keçirib. İkinci hissədə təzyiqi artıran meydan sahibləri hesabı bərabərləşdiriblər. Görüş elə 1:1 hesabı ilə yekunlaşıb. Səfərdə sərfəli nəticə qazanan "Qəbələ"ni mərhələ adlamaq üçün cavab oyununda qolsuz bərabərlik də qanə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələdə keçiriləcək. Təmsilçimiz mərhələ adlayacağı təqdirdə "Saraqosa" (İspaniya) - "Korona Kielce" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.  

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

2 oktyabr

APOEL (Kipr) - “Qəbələ” (Azərbaycan) 1:1

Qollar: Təbriz İsazadə, 9 (0:1), Stavros Gavriel, 48 (1:1) 

Baş hakim: Furkat Atacanov (Qazaxıstan)

Nikosiya. “Makarion” stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30