27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Ponomaryovun gəlişindən sonra komandada sıçrayış var"

"Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsun".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Səbail"lə keçirilən ev oyunundan (3:0) sonra mətbuat konfransında deyib.

- Hücum xəttində vəziyyət necədir?

- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.

- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...

- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.

- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdır, yoxsa...?

- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdır.

- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?

- 3 xal çox vacib idi.

- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...

- Məlumatım yoxdur.

- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...

- Futbol komanda oyunudur.

- Bəs amplualar üzrə bölünmə niyədir?

- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30