27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rəşad Sadıqov: "Hacı Əliyevə "İnter"ə vurduğumuz sayılmayan qolun videosunu göndərdim"

“Hacı Əliyevin görüşünə hamımız baxdıq. Onun rusiyalı Hacımurad Rəşidovla qarşılaşmasındakı epizod çox müzakirə olundu”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a açıqlamasında dünya çempionatından dönən dostu, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevi qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Kapitan 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və Avropa çempionunun hakim haqsızlığı ilə üzləşdiyini vurğulayıb:

“Mənim bildiyim, anlayışı olanlardan maraqlandığım qədər həmin vaxt Hacıya 2 yox, 4 xal verilməli idi. Ancaq hakimlər çox maraqlı qərar qəbul etdilər, rusiyalı idmançıya 1 xal verdilər. Mənim üçün ən vacib olan odur ki, Hacı həmin görüşü çox yüksək səviyyədə keçirdi. Özünüz də gördünüz, rusiyalı güləşçi yekunda dünya çempionu oldu. Ancaq Hacı onunla görüşü hücumda keçirdi və çox gözəl fəndlərdən istifadə etdi”.

37 yaşlı müdafiəçi medalsız qalmasına rəğmən, Əliyevin dünya çempionatını yaxşı səviyyədə keçirdiyini bildirib: “İkinci təsəlliverici görüşdə yaponiyalı güləşçiyə də uduzsa belə, orada da yaxşı təsir bağışladı. Fikrimcə, ümumilikdə dünya çempionatını yaxşı səviyyədə keçirdi. Onun çıxış etdiyi çəki dərəcəsi ən çətinlərdəndir, güclü rəqibləri var. Yaxşı olacağına ümid edirəm. Özü ilə danışanda, bizim Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya “İnter”inə vurduğumuz sayılmayan qolun videosunu göndərdim ki, Hacı, bizim də başımıza belə bir iş gəlmişdi. Eşitmişdi, amma görməmişdi. O da təəccübləndi ki, belə qol necə sayılmaya bilər. Hacı bu yükün altından qalxacaq. Düzdür, ona ciddi psixoloji zərbə oldu. Dünya çempionuna qalib gələsən, amma yekunda medalsız qalasan... Amma Hacı xarakterli idmançıdır. Bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatını 6 medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurublar. Qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzublar. Şərifov həm də “Tokio-2020”yə lisenziya qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30