26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Lopoteqi: “Qarabağ”a qarşı qələbəyə layiq oyun göstərdik”

"Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

- Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?

- Təcrübəli komanda olması hiss olunurdu. Çox çalışmış bir komandadır. Gözlədiyim “Qarabağ”ı gördüm.

- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidir?

- Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan.

- Kimdən və nədən razı və narazı qaldınız?

- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.

- Hesab komandalar arasında fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ” barədə fikirləriniz necədir?

- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.

- 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmaq necə hissdir?

- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30