27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elmar Baxşıyev: “Futbolçuları öz güclərinə inandırmağa çalışdıq”

"Qəbələ"nin məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gənc məşqçi əvvəlcə matçı dəyərləndirib.

- Çətin oyun olacağını bilirdik. "Sabah" yaxşı komandadı. Bizim üçün asan olmadı. Çalışdıq ki, ikihəftəlik fasilədə komandanı bu durumdan çıxaraq. Bir az təsir etdi. Komanda əvvəlki oyununu göstərməyə başladı.

- Bu qısa müddətdə əsas nə dəyişdi?

- Yanaşma. Çalışdıq ki, ilk 3 oyunu unudaq, sıfırdan başlayaq. Futbolçuları öz güclərinə inandırmağa çalışdıq.

- Belə güclü rəqibi səfərdə məğlub edəndən sonra bu nəticəni təkrarlamaq mümkün olacaq?

- Sentyabrın 4-də yığışanda bizə siqnal oldu ki, yaxşı oyun göstərə bilərik. Bunu məşqlərdə hiss etmişdik. "Sumqayıt"la yoxlama matçında keyfiyyətli oyun göstərdik. Davamını bu gün gətirdik.

- Sənan Qurbanovun vaxtında niyə bunu etmək mümkün deyildi? Hər halda, köməkçisi idiniz və məsləhətlərinizi vermək olardı...

- Qurbanovla uşaqlıqdan bir komandalarda oynamışıq, sonradan bir yerdə məşqçi işləmişik. Hörmət etdiyim şəxsdi. Bizdə də qarantiya yoxdur ki, hər şey alına bilər. İlk gündən futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilik. Qələbənin payı komandanındı, çünki meydanda tapşırıqları futbolçular icra edirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30