26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Emin Mahmudov: “Həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar”

Millimizin AVRO-2020-nin seçmə mərhələsində evdə Xorvatiya kimi güclü yığma ilə heç-heçə etməsindən sonra sosial şəbəkələrdə bəziələri oyunun nəticəsini şübhə altına salan fikirlər səsləndirirlər.

Futbolxeber.az saytının məlumatına görə, millimizin üzvü, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yayılan söz-söhbətlərə “Facebook” vasitəsilə münasibət bildirib:

“3 ildir Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər”.

Xatırladaq ki, dünən evdə vitse-dünya çempionu Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30