27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Nazarov: "Beyl mənə forma dəyişdirməyi təklif etdi"

"Uelslə oyunda bir xal qazanmağa layiq idik. Vacib xal itirdik. İki çox qəribə qol buraxdıq. Bunun günahkarı özümüzük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

O, Uelslə matçdan sonra rəqib komandanın kapitanı Qaret Beyllə aralarında olan dialoqdan danışıb: "Görüşdən sonra  Qaret Beyl mənə yaxınlaşdı, oyunumuzu yüksək qiymətləndirdi və soruşdu ki, forma dəyişdirmək istəyirəmmi".

Nazarov bu gün Xorvatiya ilə keçiriləcək görüş haqda danışarkən belə güclü rəqibə qarşı motivasiyanın ən yüksək həddə olduğunu bildirib: "Azərbaycanın himni səslənəndə insanın tükləri biz-biz olur, səni meydanda mübarizəyə səsləyir və bu anın vacibliyini dərk edirsən. Xorvatiya kimi komanda ilə qarşılaşanda isə düşünürsən ki, ikinci Bundesliqada oynayan bir futbolçu növbəti dəfə nə vaxt Luka Modriç və İvan Perişiçlə üz-üzə gələcək?"

Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya  matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30